“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Sportinfo.az xəbər verir ki, gənc funksioner da J qrupunun IV turunda Rusiya “Krasnodar”ının evdə Belçika “Standart”ı ilə keçirəcəyi oyunda iş başında olacaq.
O, sözügedən matçda UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək. Görüşü Aleksandr Stavrevin rəhbərlik etdiyi makedoniyalı hakimlər briqadası idarə edəcək.
Noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Orxan Hüseynzadə “Neftçi”nin prezidenti vəzifəsindən fevralın 16-da istefa verib. Hazırda kluba Kamran Quliyev rəhbərlik edir.

