Azərbaycan çempionu İsveçrədən gələnlərin əlində

5 Noyabr 2018 14:48 Avropa Liqası 522
Azərbaycan çempionu İsveçrədən gələnlərin əlində

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Ukraynada "Vorskla" ilə keçirəcəyi oyunun bütün təyinatları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Sandro Şörerə yan xətt hakimləri Bekim Zoqay və Ştefan De Almeyda köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Raffael Tseder yerinə yetirəcək.

Əlavə köməkçi hakimlər Alen Byeri və Lukas Fandrix olacaq. Almaniyalı Edqar Ştaynborn görüşün hakim-inspektoru, danimarkalı Klaus Kristensen isə UEFA nümayəndəsidir.

"Vorskla" "Qarabağ"ı noyabrın 8-də Poltavadakı Aleksey Butovski adına stadionda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!