UEFA "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxmaq şansını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, qurumun rəsmi saytında Ağdam təmsilçisinin pley-off-a yüksəlmək şansını saxlamaq üçün növbəti turda noyabrın 8-də Ukraynada mütləq "Vorskla"ya qalib gəlməli olduğu vurğulanıb:
"Vorskla" axır ki, 9-cu cəhdindən sonra Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazandı. Növbəti 3 xal komandaya 1/16 finala vəsiqə uğrunda mübarizəyə qolulmağa imkan verir.
"Qarabağ"ın artıq itiriləsi heç nəyi yoxdur. Komanda yer aldığı E qrupunda nə xal toplayıb, nə də qol vurub.
Azərbaycan çempionu əvvəlcə səfərdə "Sportinq"ə (0:2), ardından evdə "Arsenal"a (0:3) və "Vorskla"ya (0:1) uduzdu.
Poltavalılar Bakıdakı qələbəyədək Londonda "Arsenal"a (2:4) uduzdular, evdə isə "Sportinq"ə (1:2) məğlubiyyətə barışdılar. "Qarabağ" növbəti məğlubiyətlə qrupdan çıxmaq şansını itirəcək".

