"Qarabağ"a bilet al, ÇL-in qrup iştirakçısıyla görüşə fürsət qazan!

1 Noyabr 2018 18:48 Avropa Liqası 492
"Qarabağ"a bilet al, ÇL-in qrup iştirakçısıyla görüşə fürsət qazan!

"Vorskla"nın marketinq şöbəsi Poltavada noyabrın ilk yarısında keçiriləcək ən yüksək səviyyəli matçlarla bağlı aksiya keçirir.

Sportinfo.az xəbər verir ki, komandanın stadionunun kassalarından və klubun Fan & Play firma mağazasından Avropa Liqasının "Vorskla" - "Qarabağ" matçına istənillən qiymətə bilet alan Ukrayna Premyer Liqasının XV turunun "Vorskla" - "Şaxtyor" qarşılaşmasına bileti cəmi 1 qrivnaya əldə edir.

Bu aksiya "Qarabağ"la Poltavadakı görüşə əvvəl bilet alanlara da şamil olunur. Sadəcə, bileti göstərərək Ukraynanın hazırkı çempionu, Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin iştirakçısıyla matça bileti götürmək lazımdı.

Qeyd edək ki, "Vorskla" "Qarabağ"ı noyabrın 8-də, "Şaxtyor"u bundan 3 gün sonra qəbul edəcək və bunlar "Top-matç"lar kimi qələmə verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti