"Qarabağ" "Sportinq" və "Arsenal"la oyunlarda da topa yaxşı nəzarət etdi"

1 Noyabr 2018 14:00 Avropa Liqası 500
"Qarabağ" "Sportinq" və "Arsenal"la oyunlarda da topa yaxşı nəzarət etdi"

"Qarabağ"ın oyununu ətraflı analiz etmişdik, bilirdik ki, topa yaxşı nəzarət edirlər.

Onlar bunu "Sportinq" və "Arsenal"la matçlarda da göstərmişdilər".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Vorskla"nın hücumçusu Vladislav Kulaç Ukrayna mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a qarşı keçirdikləri görüşdən (1:0) danışan 25 yaşlı forvard daha çox müdafiədən oynamalarının səbəbini açıqlayıb:

"Bu cür rəqiblərə qarşı ikinci zonadan oynamağa çalışırıq. "Vorskla" praktiki olaraq, "Qarabağ"a qol epizodu yaratmaq imkanı vermədi.

İlk hissədə bir qədər ehtiyatlı oynasaq da, fasilədən sonra vurduğumuz qol komandaya özünəinam gətirdi".

"Qarabağ"la oyunda "Vorskla"ya qələbə qazandıran qola məhz Kulaç imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti