"Qarabağ"la oyunda hücum edə bilmirdi, heç nə alınmırdı"

30 Oktyabr 2018 20:24 Avropa Liqası 655
"Qarabağ"la oyunda hücum edə bilmirdi, heç nə alınmırdı"

“İki fərqli hissə izlədik.

Açığı, birinci hissədə “Vorskla”da heç nə alınmırdı, komanda hücum edə bilmirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Ukrayna yığmasının sabiq üzvü Aleksandr Yakovenko deyib. 31 yaşlı veteran futbolçu “Vorskla”nın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ” üzərində qələbəsini şərh edib.

Bakı Olimpiya Stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib: “Fasilədən sonra hücumçu Karekanın meydana daxil olması hər şeyi dəyişdi.

Düzdür, qol vurmadı, ancaq Kulaçın fərqləndiyi epizodda məhsuldar ötürmə verdi. Ümumiyyətlə, Kareka oyunun gedişatını dəyişdi.

Onun sayəsində “Vorskla” ikinci hissədə hücumlara keçmək imkanı qazandı. O ki qaldı “Qarabağ”a, onların 25-30 metrlik məsafədən bir təhlükəli zərbəsi oldu. Yaxın məsafədən zərbələrinin sayı isə çox az idi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti