"Qarabağ" dəyişdi - FOTO

31 Oktyabr 2018 00:20 Avropa Liqası 592
"Qarabağ" dəyişdi - FOTO

Avropanın bir sıra ölkələri qış saatına keçib.

Sportinfo.az xəbər verir ki, ölkəmizdə isə yay və qış saatlarına keçid yoxdu.

Bu səbəbdən də Avropa arenalarında baş tutacaq oyunların başlama saatında dəyişiklik yaranıb.

Çempionlar Liqası və Avropa Liqasının matçları artıq 20:55 və 23:00-da deyil, 21:55 və 00:00-da start götürəcək. Bu, Avropada yay saatına keçidə kimi davam edəcək.

"Qarabağ" Avropa Liqasında E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" ilə mübarizə aparır. Təmsilçimizin 3 turdan sonra xalı yoxdu.

Ağdam təmsilçisi son 3 turda səfərdə "Vorskla" və "Arsenal"la, evdə isə "Sportinq"lə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti