Avropa Liqasında turun ən yaxşı futbolçusu açıqlandı

27 Oktyabr 2018 16:48 Avropa Liqası 440
Avropa Liqasında turun ən yaxşı futbolçusu açıqlandı

Avropa Liqasında III turun ən yaxşı futbolçusu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu ada "Çelsi"nin yarımmüdafiəçisi Ruben Loftus-Çik layiq görülüb.

O, Belarus BATE-sinə 3:1 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib. İkinci yeri Avstriya "Zaltsburq"unun hücumçusu Munas Dabbur tutub.

Dabbur Norveç "Rusenborq"unu 3:0 hesabı ilə yendikləri görüşdə dubl edib. Üçüncü yer İspaniya "Betis"inin cinah oyunçusu Covanni Lo Çelsoya qismət olub.

Çelso İtaliya "Milan"ını 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada qol və məhsuldar ötürmə müəllifi kimi yadda qalıb.

Dördüncü yerdə isə "Fənərbağça"nın forvardı Mixael Fray yer alıb. Fray Belçika "Anderlext"i ilə 2:2 hesablı heç-heçə etdikləri matçda qol vurub və məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti