"Bu, komandaya hansısa təsiirini göstərdi? Heç biri!"

27 Oktyabr 2018 14:12 Avropa Liqası 485
"Bu, komandaya hansısa təsiirini göstərdi? Heç biri!"

"Qarabağ"ın legioneri Filip Ozobiç Avropa Liqasının qrup mərhələsininn III turu çərçivəsində "Vorskla"ya 0:1 hesabıyla uduzduqları qarşılaşma gaqda danışıb.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi əvvəlcə matçı dəyərləndirib.

- Nəticəyə görə çox məyusuq. Bu matçda "Vorskla"dan daha yaxşı oynadıq. Onlar yeganə qol imkanı dəyərləndirdilər və qələbə qazandılar.

Deyirsən ki, yaxşı oynadıq. Onda qələbə üçün nə çatmadı?

- Bir az dəqiqlik.

Komanda kənardan həvəssiz görünürdü...

- Belə deməzdim. İstək hədsiz böyük idi. Sadəcə, alınmadı.

Görüşdən öncə bəzi futbolçulardan dopinq-test götürdülər. Bu, komandaya hansısa təsiirini göstərdi?

- Heç biri. Bu, olmalı idi.

Qrupdan çıxmaq şansımız itibmi?

- Qarşıda hələ 3 matçımız var. Yaxşı futbol və yaxşı nəticə göstərməyə çalışacağıq.

"Vorskla"ya səfərdə qalib gəlmək olarmı?

- Əlbəttə! Onlarla Ukraynadakı oyunadək hələ 3 qarşılamamız var. Ona görə də bu haqda hələ danışmaq tezdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti