Sevindirə-sevindirə gedirik…

27 Oktyabr 2018 10:48 Avropa Liqası 472
Sevindirə-sevindirə gedirik…

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la səfər görüşündə əldə edilən 1:0 hesablı qələbə “Vorskla”nın tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu, Poltava təmsilçisinin yarışın qrup mərhələsində ilk qalibiyyətini əldə edib.

Bunadək komanda 2011/2012 mövsümündə qrupa düşsə də, cəmi 2 xal qazana bilib və sonuncu yeri tutub. Ukraynalılar Belçika “Standard”ı (0:0) və Danimarka “Kopenhagen”i (1:1) ilə görüşlərdə heç-heçə ediblər.

Cari mövsümdə isə “Vorskla” İngiltərədə “Arsenal”a 2:4, evdə isə Portuqaliya “Sportinq”inə 1:2 hesabı ilə uduzub.

Poltavalılar “Qarabağ”la görüşədək avrokuboklarda sonuncu səfər qələbəsini 2011/2012 mövsümünün pley-off mərhələsində Rumıniyanın “Dinamo” (Buxarest) komandası ilə görüşdə əldə ediblər – 3:2.

2017/2018 mövsümündə Ukrayna Premyer Liqasında 3-cü yeri tutan “Vorskla” tarixində 7-ci dəfə avrokubokda iştirak edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti