"Bu görüşdə bizim üçün ən vacibi nəticə idi.
Baş məşqçimiz demişdi ki, qapıya zərbələr endirim, yaxşı haldır ki, qol alındı".
Sportinfo.az xəbər verir ki, bunu "Vorskla"nın futbolçusu Vladislav Kulaç Bakıda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin III tur matçından sonra "Futbol" telekanalına açıqlamasında deyib.
Kulaç "Vorskla"nın qələbə topunu 48-ci dəqiqədə vurub. Yeganə qolun müəllifi bildirib ki, Azərbaycan təmsilçisinin qapıçısı Vaqnerin kobud səhvə yol verməsi ilə nəticələnən zərbəsi qüvvətli olub:
"Qapıçının köməyi olmasaydı belə, top çərçivəyə istiqamətlənmişdi. Qapıçının səhvə yol verməsi yaxşı oldu. Sevinirik ki, hər şey bizim üçün belə alındı və qalib gəldik".

