Ağayev ayağı "Bayer"ə yox, İsveçrə klubuna düşdü - VİDEO

26 Oktyabr 2018 17:24 Avropa Liqası 529
Ağayev ayağı "Bayer"ə yox, İsveçrə klubuna düşdü - VİDEO

FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin A qrupunda keçirilən “Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) qarşılaşmasını idarə edib.

Sportinfo.az xəbər verir ki, meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

Bu qələbə ilə xalını 9-a yüksəldən "Sürix" yüzfaizli nəticəylə vahid lider olub. Ağayev bu matçda 4 sarı vərəqə göstərib.

O, iki dəfə meydan sahibi, iki dəfə qonaq komandanı cəzalandırıb. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov kömək edib.

4-cü hakim Mübariz Haşımov olub. Əlavə köməkçi hakim funksiyalarını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirib.

Tarix: 26 Oktyabr [10:44]

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti