"Komandamıza görə qürurluyam" - Fəxri prezident

26 Oktyabr 2018 16:24 Avropa Liqası 531
"Komandamıza görə qürurluyam" - Fəxri prezident

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun matçında “Vorskla” Bakıda “Qarabağ”ı 1: 0 hesabı ilə məğlub etdi.

Sportinfo.az xəbər verir ki, oyundan sonra Poltava klubunun fəxri prezidenti Konstantin Jevaqo nəticədən razı qaldığını söyləyib:

“Həm özümüz, həm də Ukrayna üçün vacib qələbə qazandıq. Bu qələbə reytinq xalı üçün əhəmiyyətlidir.

Komandamıza görə qürurluyam və çox sevinirəm. Paltardəyişmə otağında bir-birimizi təbrik etdik.

Avropa Liqasının qrup mərhələsində ilk qələbəmizi qazandıq, tarix yazdıq. Biz güclü komandalara da qalib gəlmək istəyirik”.

Jevaqo növbəti mərhələdə şansları barədə bunları deyib: “Əlimizdən gələn hər şeyi edəcəyik. Mümkün olan ən yaxşını etməyə çalışacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti