Nə qədər ki çempionatın səviyyəsi yüksəlməyəcək, «Qarabağ» «Vorskla»nın, «Neftçi» «Uypeşt»ın, «Qəbələ» isə Lüksemburq klubunun qarşısında ağ bayraq qaldırmalı olacaq.
Bir çempionat ki finişdə çempion ilə ən yaxın rəqibi arasında 16 xallıq fərq var...
Bütün bunlarla belə, «Vorskla» kimi komandanı Bakıdan əliboş yola salmaq lazım idi. «Qarabağ» taktiki baxımından düzgün oynadı, oyun intizamı da yerində idi. Xüsüsilə müdafiə xəttində.
Oyunda vurulan yeganə qolu təsadüfi da, faciəvi da adlandırmaq olar. Bu cür kuryoz qollar futbolun bir tərəfidi. Qolun bir təsadüf olduğunu sübüt etmək üçün «Qarabağ»ın kifayət qədər vaxtı da var idi.
Di gəl ki, yayda komandanın hücüm həttinə alınan futbolçular ilə Avropada nəyəsə nail olmaq qeyri-mümkündü. Emeqaranın «srok»u çoxdan bitib, böyük məqsədlər üçün deyil.
Delarjın nəyinə «Qarabağ» «Bursaspor»a transfer pulu ödəyib? Bu cür oyunçuya görə bursalılar gərək özləri onu aparan kluba pul verərdilər!
İndiki «Qarabağ»ın oyununda ən böyük çatışmazlıq bilirsiz nədi? Sürətin olmaması. Delarj, Emeqara və onlardan müsbət mənada seçilən Zubir belə sürətli futbolçular deyil.
Avropada başarı qazanmaq üçün irəli xəttdə sürətli futbolçuların olmalıdı. Necə ki, ötən il Pedro Enrike sırf sürəti hesabına qollar da vururdu, lazımı anda ötürmələr edirdi.
Əvvəl yığmamız guya, nəyin hesabına oynayıb ki? 9 nəfər arxada, Zaur Tağızadə irəlidə. Hamı yorğun olanda, topu atırdılar Zaura, o da inanılmaz fərdi keyfiyyətlər hesabına təkbaşına qollar vururdu, follar qazanırdı, komanda yoldaşlarına dincəlmək imkanını yaradırdı.
Sürət, sürət, bir də sürət!
Sürətli futbolçular olmayanda da «Vorskla» kimi ağıllı müdafiə olunan komandalara qol vurmaq müşkülə çevirilir.
Yenə də Azərbaycan futbolunun indiki durumunda komandamız qrup mərhələsinə qədər gedib çıxırsa, ona ancaq minnətdar olmalıyıq.
Sadəcə, dediyim odu ki, fərqli futbolçular ilə bugünə kimi 3, bəlkə də 4 xal yığmaq olardı.
Ümid edək ki, bu oyun düzgün təhlil olunacaq, və Poltavada bu məğlubiyyətin əvəzi çıxılacaq!
Erkin İbrahimov

