Almeyda oynadı, Enrike "Astana"ya xal qazandırdı - VİDEO

26 Oktyabr 2018 13:48 Avropa Liqası 1 210
Almeyda oynadı, Enrike "Astana"ya xal qazandırdı - VİDEO

Qazaxıstan “Astana”sı Avropa Liqasının qrup mərhələsində üçüncü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi klub səfərdə Çexiya təmsilçisi “Yablonets”lə 1:1 edib.

"Astana"nın yeganə qoluna ötən mövsüm "Qarabağ"da çıxış edən Pedro Enrike imza atıb. Start heyətdə meydana çıxan Almeyda 90-cı dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Astana” 3 turdan sonra 5 xalla yer aldığı K qrupunda liderdi. Kiyev "Dinamo"su da 5 xal toplayıb və 2-cidir. "Renn"in 3, "Yablonets"in 2 xalı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti