Türkiyə klublarının QARA Avroliqa GECƏSİ - NƏTİCƏLƏR

26 Oktyabr 2018 08:24 Avropa Liqası 642
Türkiyə klublarının QARA Avroliqa GECƏSİ - NƏTİCƏLƏR

Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, E qrupunda yer alan "Qarabağ" Bakı Olimpiya Stadionunda Ukrayna "Vorskla"sı ilə üz-üzə gəlib və minimal hesabla məğlub olub.

“Köhlən atlar”ın qrupdakı rəqibləri - Portuqaliya "Sportinq"i evdə "Arsenal"la qarşılaşıb. Bu oyunda da London təmsilçisi minimal hesabla üstün olub.

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana" səfərdə Çexiya "Yablonets"i ilə münasibətlərə aydınlıq gətirib. İki qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib.

Türkiyənin turnirdəki təmsilçilərindən "Beşiktaş" doğma meydanda Belçika "Genk"ini qəbul edib və gözlənilməz məğlubiyyətlə üzləşib.

"Fənərbağça" isə səfərdə eyni ölkənin digər təmsilçisi - "Anderlext"lə qarşılaşmada heç-heçəyə nail olub.

Türkiyə kubokunun qalibi kimi Avropa Liqasında iştirak edən "Akhisarspor" isə "Sevilya"sının qonağı olub və biabırçı məğlubiyyətlə üzləşib.

Gecənin ən gözlənilməz nəticələrindən biri də İtaliyada qeydə alınıb. "Milan" doğma meydanda "Betis"ə məğlub olub.

A qrupu

AEK (Larnaka, Kipr) - Ludoqorets (Bolqarıstan) 1:1
Qol: Larena, 25-pen - Lukoki, 7.

Sürix (İsveçrə) - Bayer (Leverkuzen, Almaniya) 3:2
Qol: Markesano, 44. Domqyoni, 59. Odey, 78 - Bellarabi, 49; 53.

B qrupu

Leyptsiq (Almaniya) - Seltik (Şotlandiya) 2:0
Qol: Kunya, 31. Bruma, 35.

Zaltsburq (Avstriya) - Rusenborq (Norveç) 3:0
Qol: Dabbur, 34; 59-pen. Volf, 53.

C qrupu

Kopenhagen (Danimarka) - Slaviya (Praqa, Çexiya) 0:1
Qol: Matuşek, 46.

Zenit (Rusiya) - Bordo (Fransa) 2:1
Qol: Dzyuba, 40. Kuzyayev, 85 - Briand, 26.

D qrupu

Anderlext (Belçika) - Fənərbaxça (Türkiyə) 2:2
Qol: Bakkali, 35; 50 - Frey, 53. H.A.Kaldırım, 57.

Spartak (Trnava, Slovakiya) - Dinamo (Zaqreb, Xorvatiya) 1:2
Qol: Qorbani, 32 - Qavranoviç, 64. Orsiç, 77.

E qrupu

Qarabağ (Azərbaycan) - Vorskla (Poltava, Ukrayna) 0:1
Qol: Kulaç, 48.

Sportinq (Lissabon, Portuqaliya) - Arsenal (İngiltərə) 0:1
Qol: Uelbek, 78.

F qrupu

Milan (İtaliya) - Betis (İspaniya) 1:2
Qol: Kutrone, 83 - Sanabria, 30. Lo Selso, 54.

Düdelanj (Lüksemburq) - Olimpiakos (Yunanıstan) 0:2
Qol: Torosidis, 66. Fortunis, 81.

G qrupu

Reyncers (Şotlandiya) - Spartak (Moskva, Rusiya) 0:0

Vilyarreal (İspaniya) - Rapid (Vyana, Avstriya) 5:0
Qol: Fornals, 26. Ekambi, 30. Baraç, 45-öz qapısına. Raba, 63. Moreno, 85.

H qrupu

Ayntraxt (Almaniya) - Apollon (Kipr) 2:0
Qol: Kostiç, 13. Haller, 32.

Marsel (Fransa) - Latsio (İtaliya) 1:3
Qol: Payet, 86 - Uolles, 10. Kaysedo, 59. Marusiç, 90.

I qrupu

Beşiktaş (Türkiyə) - Genk (Belçika) 2:4
Qol: V.Lav, 74; 86 - Samata, 23; 70. Ndonqala, 81. Pyotrovski, 83.

Sarpsporq (Norveç) - Malmö (İsveç) 1:1
Qol: Halvorsen, 87 - Vindheym, 79.

J qrupu

Sevilya (İspaniya) - Akhisarspor (Türkiyə) 6:0
Qol: Mesa, 7. Sarabiya, 9-pen. Lukaç, 35-öz qapısına. Muriel, 50. Promes, 60. Merkado, 67.

Standard (Lyej, Belçika) - Krasnodar (Rusiya) 2:1
Qol: Emond, 47. Laifis, 90 - Ari, 39.

K qrupu

Yablonets (Çexiya) - Astana (Qazaxıstan) 1:1
Qol: Povazaneç, 4 - P.Enrike, 11.

Renn (Fransa) - Dinamo (Kiyev, Ukrayna) 1:2
Qol: Qrenye, 40 - Kedziora, 21. Buyalski, 89.

L qrupu

Çelsi (İngiltərə) - BATE (Belarus) 3:1
Qol: Loftus-Çik, 2; 8; 54 - Rios, 79.

PAOK (Yunanıstan) - Videoton (Macarıstan) 0:2
Qol: Huşti, 12. Stopira, 45.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti