Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç qonaqları hesabda irəli çıxarıb: - 0:1.
Meydan sahibləri bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.

