"Qarabağ"ın sürətli cinah oyunçuları var, ən çox buna diqqət etməliyik"

25 Oktyabr 2018 19:36 Avropa Liqası 454
"Qarabağ"ın sürətli cinah oyunçuları var, ən çox buna diqqət etməliyik"

"Qarabağ"ın Avropa Liqasının III turunda qarşılaşacağı "Vorskla"nın futbolçusu Vladimir Çesnakov oyundan öncə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı kapitan "Futbol 1" telekanalına oyunun çətin keçəcəyini deyib:

"Qarabağ"ın asan komanda olmadığını başa düşürəm. Onların avrokubok təcrübəsi var. Bizim üçün çətin olacaq.

Müsbət nəticə - minimum heç-heçə etmək üçün əlimizdən gələni edəcəyik. Meydana çıxıb, keyfiyyətli futbol nümayiş etdirməyi düşünürük. Amma ən başlıcası, Bakıdan xalla getmək istəyirik”.

Komandanın digər futbolçusu Mixail Sergeyçuk isə "Qarabağ"ın üstün cəhətinə diqqət çəkib: “Müdafiə və hücumda kompkat oynasaq, şansımız olacaq.

Rəqibin çox yaxşı, sürətli cinah oyunçuları var. Fikrimcə, ən çox buna diqqət etməliyik. Məşqçilər lazım olan hər şeyi deyəcək. Hər şeyin yaxşı olacağını düşünürəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti