Bakıdakı stadionda nadir görünən sevgi hadisəsı - VİDEOLAR

25 Oktyabr 2018 18:48 Avropa Liqası 774
Bakıdakı stadionda nadir görünən sevgi hadisəsı - VİDEOLAR

“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, “köhlən atlar” qrup mərhələsinin 3-cü turunda “Vorskla”nı qəbul edəcək.

E qrupunda yer alan Ağdam və Poltava təmsilçiləri ilk iki oyunda məğlub olub. “Qarabağ” Portuqaliyada “Sportinq”, Bakıda isə “Arsenal”a uduzmaqla yanaşı, qol da vurmayıb.

Azərbaycan çempionu səfərdə 2, evdə 3 cavabsız qolla məğlub olub. “Vorskla” isə Londonda “topçular”a 2:4 hesabı ilə yenildikdən sonra doğma meydanda “Sportinq”lə görüşdə qələbə qazanmağa yaxın olsa da, son dəqiqələrdə buraxdığı qollarla məğlub olub - 1:2.

Bu oyun hər iki komandanın qrup mərhələsində ilk xalını və ya ilk qələbəsini qazanmaq baxımından çox əhəmiyyətlidi. Dünən hər iki komanda Bakı Olimpiya Stadionunda son məşqə çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM