Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ" Ukrayna "Vorskla"sını qəbul edəcək.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda son məşqinə çıxıb.
Bu vaxt maraqlı hadisə yaşanıb. «Arsenal»la ötən oyunda kameralara tuş gələn pişik yenə meydançanın kənarında görünüb. Məsut Özilin sığalladığı «Məstan»a bu dəfə Qara Qarayev tumar çəkib.













