Xainləri sevindirməmək üçün yalnız irəli, "Qarabağ"!

25 Oktyabr 2018 15:48 Avropa Liqası 633
Xainləri sevindirməmək üçün yalnız irəli, "Qarabağ"!

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” – “Vorskla” oyunu Azərbaycan və Ukrayna klublarının qitə miqyaslı turnirlərdə 5-ci dueli olacaq.

İki ölkə təmsilçiləri indiyədək 4 dəfə üz-üzə gəlib.

1999/2000 mövsümündə UEFA kubokunun təsnifat mərhələsində “Şəmkir”in yolları “Krivbass”la kəsişib. Ukrayna təmsilçisi hər iki matçda qələbə qazanıb.

Krivoy-Roq klubu öz meydanında 3:0, səfərdə isə 2:0 hesabı ilə qalib gəlib. 4 il öncə Avropa Liqasının qrupunda “Qarabağ” “Dnepr”ə rəqib olub. İndiki kimi 2014/15 mövsümündə də iki ölkə təmsilçiləri 3-cü və 4-cü turlarda qarşılaşıb.

Hər iki görüşdə qonaq komanda qələbə qazanıb. “Qarabağ” səfərdə 1:0 hesablı qələbə qazansa da, ardınca evdə 1:2 hesabıyla uduzub.

Ümumilikdə 4 qarşılaşmada ukraynalılar üç, təmsilçilərimiz 1 dəfə qalib gəlib. Top fərqində də komandalarımız geridədi – 2:7.

Təmsilçilərimizin qollarına “Qarabağ”ın sabiq oyunçuları imza atıb. Muarem Muarem səfərdə, Leroy Corc evdə fərqlənib.

Çempionumuz cari yarışmanın birinci 2 trunu məğlubiyyətlə bitirib. Hərçənd istər «Sportinq»lə səfərdə, «Arsenal»la Bakıda yazşı mübarizə aparmışıq, çoxsaylı qol epizodu yaratmışıq, sadəcə, vura bilməmişik.

«Qarabağ» niyə uduzdu deyil, niyə böyük hesabla uduzdu?» sualının cavabı çox sadədi. Yeniləşən Azərbaycan çempionunun yay dövründən bu yana düz-əməlli quruculuğunu görən olubmu?

İnanmıram ki, bu suala müsbət cavab verən tapılsın. «Arsanal»a yem olduğu səviyyə fərqi, komandanın Azərbaycan çempionatında rəqibləri ilə üstünlyünü təmin edən cəhəti ilə müqayisə oluna bilər. Bax, ilk yanlışlıq da elə burdan başlanır.

Məşqçinin taktiki seçimini müzakirəyə çıxarmadan başqa bir sualı vermək istərdim. Az qala hər oyunu ekranlarda yayımlanan, üstəlik, Avropanın ən sürüşkən təhlükəli kollektivlərindən biri kimi tanınan və elə bu səbəbdən də «Qarabağ»ın məşqçi korpusu üçün açıq-aydın çözüləsi bir rəqiblə matçda nədən bu qədər fərqli bir oyun tərzi seçilmişdi?

Olmaya komanda məğlubiyyətini əvvəldən duyduğu üçün, sadəcə, şou nümayişi ilə parlamaq qərarına gəlmişdi və buna görə də hücum imkanları sıfır həddindən də aşağı olan potensialı naməlum quruculuğu ilə irəli atılmışdı.

Erkən qolu vuran «Arsenal» da bunu duymuşkən, rəqibə meydan verdi. Məncə, «Qarabağ»ı öyrənmişdi də. «Topçular» Bakıya kor-koranə «veni, vidi, viçi» üçün gəlməmişdi. Yeniləşmiş rəqibdən də çox söz açmağa dəyməz, çünki arsenalı güclü «Arsenal»dı.

Qrupun favoritləri ilə qarşılaşmalar Qurban Qurbanovda müəyyən bir fikir formalaşdırdı. O, qəbul edir ki, qitənin nəhəngləri sırasına daxil olan «Sportinq»lə «Arsenal»a uduzmaq normaldı, ancaq «Vorskla»ya…

YOX!

Bu dəqiqə Qurbanovun əleyhdarları tətiyi çəkməyə hazırdı. Bircə «Qarabağ» yenilsəydi… Bu xəyalla yatıb-qalxır, vaxtın tez gəlib ötməsini, oyun saatının başlamasını gözləyir.

Futbolçuları bunu bilərək oynamalıdı. Baş məşqçisi üçün meydanda can qoymalıdı. Saman altından su yeridənlərin Qurbanova, onun da üzərindən onlara gülməməsi, tənə vurmaması, istehza etməməsinə xatir.

Ortada «Qarabağ»ın imici var, amma futbolun üst təbəqəsindəki bəzi dairələr bu adın xərclənməsinə tərəfdardı. «Vorskla» qazansa, bəlkə də Ukraynada bir o qədər sevinən adam olmayacaq. Lakin burda…

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti