“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.
Ağdam klubu avrokubok görüşünü oktyabrın 25-də keçirəcək 2-ci təmsilçimizdi.
İndiyədək yalnız bir dəfə Azərbaycan klubu bu tarixdə qitə miqyaslı turnirdə qüvvəsini sınayıb. Buna 6 il öncə təsadüf olunub.
Avropa Liqasının qrupunda düşən ilk Azərbaycan klubu kimi tarixə düşən “Neftçi” Rusiya təmsilçisi “Rubin”lə qarşılaşıb. Kazanda keçirilən görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
“Neftçi” səfərdə oynayıbsa, “Qarabağ” evdə meydana çıxacaq. “Vorskla” ilə matç oktyabrın 25-də Bakıda keçiriləcək ilk avrokubok oyunu olacaq.
… Nəhayət, ötən tur Avropa arenasında ilk dəfə «Qarabağ»ı bir qədər fərqli simada gördük. Özü də yeniləşən və zənnimcə, əvvəlkindən xeyli geri qalan heyəti ilə komanda ilk dəfə Avropa miqyası ölçüləri və standartları səviyyəsində oynamağa cəhd etdi.
Effektə, səmərəyə nail ola bilməsə də, ən əsas vəzifəni yerinə yetirib, itirməyə başladığı azarkeş dəstəyini almağa başladı. Bu da «Arsenal»la matçın ən böyük və əsas nəticəsi idi.
Əlbəttə, nəticə heç ürəkaçan olmadı. Bununla belə, komanda əsl oyun, bərabər oyun, çəkinmədən, hürkmədən, qorxmadan oyun, cəsarətli oyun göstərməyə cəhd etdi - sadəcə, buna da cəhd etdi.
Amma artıına gücü, imkanı çatmadı, potensialı yetmədi. Bir az ədalətli, obyektiv olsaq, bəxtdən, fürsətdən, taledən gileylənmək doğru deyil
. Axı, buna qədər də çempionun ön xətdə məhsuldarlıq bir kənara, perspektivli və ümidli bir oyununu da axıra qədər görməmişik.
Digər yandan, «Qarabağ»ın başından uca tullanması üçün qarşısındakı təsəvvürə gətirə biləcəyimiz asan həzm ediləcək rəqiblərdən deyildi.
Əslində, məsələnin Qordi düyünü elə burda vurulur. Qarşılaşmanı bəhərsiz, bəhrəsiz də elə buna görə adlandırdım. Kaş, ilk matçında təmsilçimiz belə oyun göstərəydi və əminəm ki, bəhrəsini görəcəkdi də.
«Vorskla» ilə qarşılaşmada, nəhayət, həm qol vuracağımıza, həm də xal və ya xallar qazanacağımıza gümanım çoxdu.
Düzdü, rəqib qapılarını üzümüzə asanlıqla açmayacaq və çalışacaq ki, nəsə əldə eləsin. Ukraynalılar bura gəzməyə gəlməyib, Vasili Saçkonun və futbolçularının la iştahı pis deyil.
Güc futbolu üzərində malikanə tikmək istəyən «Vorskla»nı «Sportinq» son dəqiqədə «sındıra» bilibsə, «Qarabağ» ondan da artıq əzm və mübarizə ruhu ilə məqsədə çatmalıdı.
Qrupda, heç olmasa, 3-cü yeri təmin etmək üçün.
MUSA

