Bakı uzun illərdi bir-birini görməyən dostları görüşdürdü

25 Oktyabr 2018 13:12 Avropa Liqası 607
Bakı uzun illərdi bir-birini görməyən dostları görüşdürdü

"Vorskla" "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl Bakı Olimpiya Stadionunda məşqə çıxıb.

Sportinfo.az xəbər verir ki, məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Hazırlığın əvvəlində Azərbaycanın veteran futbolçuları - Tərlan Əhmədov, Cahangir Həsənzadə və Fərrux İsmayılov vaxtılə "Volın"da birgə çıxış etdikləri hazırda isə "Vorskla"nın baş məşqçi olan Vasili Saçko ilə görüşüblər.

Onlar qısa zaman ərzində söhbət ediblər. Daha sonra Tərlan Əhmədov və Fərrux İsmayılov Ukrayna tərəfindən Avropa Liqasının yayımçısı olan "Futbol 1" və "Futbol 2" telekanallarına müsahibə veriblər.

Onlar bildiriblər ki, Saçka ilə vaxtilə birlikdə oynamalarına baxmayaraq, "Qarabağ"a azarkeşlik edəcəklər. Rəqibə "Qarabağ"ın üstün və mənfi cəhətləri barədə məlumat verməyiblər.

Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti