“Qarabağ”ı udub, daha yaxşı əhval-ruhiyyə ilə qayıtmaq istəyirik”

25 Oktyabr 2018 11:48 Avropa Liqası 561
“Qarabağ”ı udub, daha yaxşı əhval-ruhiyyə ilə qayıtmaq istəyirik”

"Bu səhər yaxşı əhval-ruhiyyə ilə oyanmışıq, çünki Avroliqa matçına çıxacağıq.

Düşünürəm ki, “Dinamo” ilə oyununun nəticəsindən asılı olmayaraq, biz bu oyunu gözləyirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Vorskla”nın hücumçusu Vladislav Kulaç “Futbol 1” telekanalına açıqlamasında deyib.

Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan 25 yaşlı futbolçu Bakıya iddialı gəldiklərini bildirib:

“Avrokubok oyunları hər zaman fəqli olur. Səfərə böyük ümidlərlə yollanmışıq. İstənilən halda “Qarabağ”ı udub, Ukraynaya daha yaxşı əhval-ruhiyyə ilə qayıtmaq istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM