Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Vorskla" qarşılaşmasına cəmi 18 min bilet satılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Onun sözlərinə görə, həmin biletlərin 200-ü "Vorskla" klubunun azarkeşlərinə satılıb: “17 min 800 bilet isə yerli azarkeşlər tərəfindən alınıb".
Trend xatırladır ki, "Qarabağ" - "Vorskla" qarşılaşması oktyabrın 25-də saat 20:55-də keçiriləcək. Biletlərin qiyməti 2,4,8, 10 və 50 AZN (VİP) arasında dəyişir.

