"Vorskla" "Qarabağ" üçün Bakıya 22 futbolçu gətirdi - SİYAHI

24 Oktyabr 2018 16:24 Avropa Liqası 434
"Vorskla" "Qarabağ" üçün Bakıya 22 futbolçu gətirdi - SİYAHI

“Vorskla”nın Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la oyun üçün Bakıya gətirdiyi heyət açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Vasili Saçko siyahıya ümumilikdə 22 futbolçu - 2 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edib.

Heyətdə zədələrini sağaltmaqla məşğul olan Geqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasin yer almayıb.

Həmçinin İbrahim Kane və Dmitri Kravçenko səfərə götürülməyib. Əvəzində, Taras Sakiv daha əvvəl açıqlanan heyətə əlavə olunub.

Qapıçılar: 1. Boqdan Şust, 21. Aleksandr Tkaçenko

Müdafiəçilər: 33. Aleksandr Çijov, 44. Ardin Dalku (Kosovo), 25. Yevgeni Martınenko, 3. Andro Giorqadze (Gürcüstan), 17. Volodimir Çesnakov, 23. Vadim Sapay, 4. İqor Perduta, 66. Artur Serjio Batista de Souza (Braziliya), 40. Taras Sakiv

Yarımmüdafiəçilər: 6. Aleksandr Sklyar, 11. Vyaçeslav Şarpar, 8. Artyom Qabelok, 5. Najip Yakubu (Qana), Pavlo Rebyonok, 13. Maryan Mısık, 19. Volodimir Odaryuk

Hücumçular: 10. Vladislav Kulaç, 26. Yuri Kolomoyets, 9. Mixail Sergeyçuk, 14. Nikolas Mores da Kruz (Braziliya)

Oktyabrın 25-də keçiriləcək oyun saat 20:55-də başlayacaq. "Vorskla" Bakıya bu gün səhər saatlarında çarter reysi ilə gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti