FOTO - "Qarabağ"ın 3 futbolçusunu bəyənən var

25 Oktyabr 2018 15:00 Avropa Liqası 704
FOTO - "Qarabağ"ın 3 futbolçusunu bəyənən var

“Hər iki komanda üçün vacib oyun olacaq.

"Qarabağ” güclüdü, bir neçə dəfə ölkə çempionu olub və avrokuboklarda böyük təcrübəsi var.

Bizi çətin oyun gözləyir. Azarkeşlərin xoşuna gələcək oyun görəcəyik”.

Sportinfo.az xəbər verir ki, bunu “Vorskla”nın futbolçusu İqor Perduta Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la səfər matçından əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

27 yaşlı müdafiəçi bildirib ki, “Vorskla”dakı maliyyə problemlərinə də toxunub: “Klub prezidenti, rəhbərlik maaşları vaxtında ödəməyə çalışır. Bəzən müəyyən nüanslar ola bilər. Amma hazırda problem yoxdu.

“Qarabağ”da Abdulah Zubir, Mahir Mədətov və İnnosent Emeqaranı qeyd edərdim. Xüsusən, hücum xətti güclüdür. Vətənə ən yaxşı nəticə ilə dönmək istəyirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti