"Qarabağ"la oyundan öncə futbolçularının 5 aylıq borcunu ödədi

24 Oktyabr 2018 16:36 Avropa Liqası 483
"Qarabağ"la oyundan öncə futbolçularının 5 aylıq borcunu ödədi

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la qarşılaşacaq "Vorskla" futbolçularına olan borcları ödəməyə başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist İqor Burqas "Twitter" hesabından paylaşım edib.

Jurnalistin yazdığına görə, bu məsələyə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko qarışıb.

O, Poltava təmsilçisinin fəxri prezidenti Konstantin Jevaqoya məktub ünvalayıb və borclar ödənməsə, komandanın Londona səfərinin federasiya tərəfindən boykot olunacağı ilə təhdid edib.

Bundan sonra "Vorskla"nın futboçularına olan 5 aylıq borc qismən ödənilib və onlara gələcək ödənişlərin yaxın zamanda həll olunacağı sözü verilib.

Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq. Poltava komandası Bakıya bu gün gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti