
"Qarabağ" - "Vorskla" oyunundan əvvəl təşkil olunacaq mətbuat konfranslarının başlama vaxtına baxanda sizi də dəhşət bürüyür?
Saat 2-də Qurban Qurbanovun, saat 6-nın yarısı Vasili Saçkonun mətbuat konfransı.
Və bütün bunlar günəşin qürub etdiyi, cəhənnəm alovlarının hiss olunduğu, dünyanın son nöqtələrindən biri olan Bakı Olimpiya stadionunda olacaq.
Gəl, indi redaksiyanın, saytın işini planlaşdır. Gəl, indi mətbuat konfranslarına ezam etdiyin jurnalistlər üçün iki mətbuat konfransı arasındakı saatlarda "əyləncə" düşün, ya nəsə başqa bir şey.
AFFA "Qarabağ"ı məcur edib ki, Avropa Liqasındakı oyunlarını BOS-da keçirməlisən. İndi biz nə etməliyik?
AFFA-da çalışanların hərəsinin azı bir avtomobili var, dünya benzinlərinə deyil.
Bəs yazıq jurnalistlər nə etməlidir? Hər dəfə BOS-a gedib-gəlməyə məcbur olan azarkeşlərin, jurnalistlərin söyüşü AFFA-dakıların qulağına gedib çatmır?
Rəşad Ergün

