"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla"nın 2 futbolçusu Ukrayna Premyer Liqasının XII turunun oyunlarından sonra həftənin rəmzi "11-liy"inə seçilib.
Sportinfo.az xəbər verir ki, Poltova təmsilçisinin heyətində müdafiəçilər Vladimir Çesnakov və İqor Perduta heyətdə yer alıb.
"Vorskla" Premyer Liqanın son turunda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə məğlub olub və 18 xalla 4-cü pillədə qərarlaşıb.
Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.

