Azərbaycanlı oğlan "Sürix”i, yoxsa "Bayer”i sevindirəcək?

22 Oktyabr 2018 19:48 Avropa Liqası 745
Azərbaycanlı oğlan "Sürix”i, yoxsa "Bayer”i sevindirəcək?

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, FIFA referisi A qrupunda keçiriləcək "Sürix” (İsveçrə) – "Bayer” (Almaniya) oyununu idarə edəcək.

Yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.

Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Oktyabrın 25-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!