“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Vorskla”ya qarşı keçirəcəyi oyun üçün bütün təyinatlar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, oktybarın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş israilli hakimlərə tapşırılıb.
Matçın baş hakimi Roi Raynşrayberdir. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Amihay Yehoşua Mozes dördüncü, Alon Yefet və Daniel Bar Natan əlavə köməkçi hakimlər olacaqlar.
Hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə polşalı Kazimirj Olesjekdi. Matç saat 20:55-də başlayacaq.

