"Bərabər səviyyəli oyun alındı.
Nə bizim, nə də "Dinamo"nun çox qol epizodları oldu, Axmaq qol buraxdıq.
Belə uduzmaq üzücüdü. Çünki məğlubiyyətə layiq deyildik. Fasilədən sonra da ilk hissədəki kimi oynamalı, rəqibə qol vəziyyətləri yaratmaqğa imkan verməməliydik".
Sportinfo.az xəbər verir ki, bu sözləri Ukrayna mətbuatına açıqlamasında "Vorskla"nın hücumçusu Vladislav Kulaç deyib.
Premyer Liqanın 12-ci turunda evdə Kiyev "Dinamo"suna 0:1 hesablı məğlubiyyəti şərh edən 25 yaşlı futbolçu bəxt amilindən şikayətlənib.
Ukraynalı forvard Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"la keçirəcəkləri oyunun önəminə də toxunub:
"Son oyunlarda bəxtimiz gətirmir. Buna görə də Avropa Liqasında qarşıdakı oyunda qalib gəlməyimiz vacibdir. Hamımız sona kimi vuruşduq.
Pis oyun sərgilmədik. Uşaqlara afərin, amma nəticə daha yaxşısını etməli olduğumuzu deyir. Xüsusilə də "Dinamo" ilə oynayanda".
Komandanın maaş probleminə aydınlıq gətirən Kulaç artıq hər şeyin qaydasında olduğunu söyləyib.
Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu saat 20:55-də başlayacaq.

