"Qarabağ”la oyunlarda nəyə qadir olduğumuzu ayın 25-də biləcəyik"

20 Oktyabr 2018 15:48 Avropa Liqası 494
"Qarabağ”la oyunlarda nəyə qadir olduğumuzu ayın 25-də biləcəyik"

“Vorskla”nın hücumçusu Mixail Serqiyçuk Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda oktyabrın 25-də Bakıda “Qarabağ”la keçirəcəkləri oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, ukraynalı futbolçu “footboom” saytına geniş müsahibəsində Ağdam klubunu təhlil etmədiklərini bildirib:

“Qarabağ”la oyunlarda nəyə qadir olduğumuzu oktyabrın 25-də biləcəyik. Hələlik onlar haqda nəsə deyə bilmərəm. Çünki rəqibin oyununu təhlil etməmişik. Yalnız Avroliqadakı matçlarının icmalını izləmişik”.

Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti