"Qarabağ"ın rəqibi Abdulay Diabinin xidmətindən məhrum oldu

20 Oktyabr 2018 00:10 Avropa Liqası 457
"Qarabağ"ın rəqibi Abdulay Diabinin xidmətindən məhrum oldu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sportinq” futbolçusu Abdulay Diabinin xidmətindən məhrum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “ağ-yaşıllar”ın baş məşqçisi Joze Pezeyru Portuqaliya kubokunda “Lores”ə qarşı səfərdə keçirəcəkləri görüşdən əvvəl mətbuat konfransında bildirib.

58 yaşlı mütəxəssis 27 yaşlı forvardın Mali millisinin düşərgəsindən zədəli qayıtdığını söyləyib. Onun əzələlərində həddindən artıq yüklənmənin olduğunu bildirən Pezeyru futbolçunun bir müddət dincəlməli olduğunu qeyd edib.

“Sportinq”in heyətində hazırda Bas Dost, Jeremi Matyö və Rafinya da zədəlilər sırasındadı. Avropa Liqasının E qrupunda yer alan "Sportinq" “Qarabağ”la ilk turda üz-üzə gəlib.

Lissabonda keçirilmiş görüş “ağ-yaşıllar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti