"Qarabağ": Artıq 12000-dən çox!

19 Oktyabr 2018 20:24 Avropa Liqası 651
"Qarabağ": Artıq 12000-dən çox!

Avropa Liqasında “Qarabağ” və ”Vorskla” arasında keçiriləcək III tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Sportinfo.az Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 12 mindən çox bilet sahibini tapıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2, 4, 8 10 və 50 (VİP) manatdır.

Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, "ASAN Xidmət mərkəzləri (1,2,3,4, Sumqayıt ), "28 Mall", "Gənclik Mall" və İticket.az saytından almaq mümkündür .

Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Vorskla” oyunu saat 20:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!