"Qarabağ" üçün son plan

18 Oktyabr 2018 17:12 Avropa Liqası 571
"Qarabağ" üçün son plan

"Vorskla"nın "Qarabağ"la keçirəcəyi Avropa Liqasının III tur matçı üçün Bakıya səfər proqramı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Poltava təmsilçisi Azərbaycan paytaxtına oyundan bir gün əvvəl - oktyabrın 24-də gələcək.

Komanda "Winter Park Hotel"də məskunlaşacaq. Baş məşqçi Vasili Saçko həmin gün saat 17:30-da Bakı Olimpiya Stadionunda (BOS) mətbuat konfransı keçirəcək.

Saat 18:00-da isə rəqibin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq. "Qarabağ" - "Vorskla" görüşü oktyabrın 25-də BOS-da keçiriləcək. Matç saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti