"Vorskla" "Qarabağ"la oyun üçün satışa ucuz biletlər çıxardı

17 Oktyabr 2018 18:00 Avropa Liqası 511
"Vorskla" "Qarabağ"la oyun üçün satışa ucuz biletlər çıxardı

"Vorskla"nın "Qarabağ"la Avropa Liqasında keçirəcəyi ev oyununu xeyli aşağı məbləğə izləmək olar.

Sportinfo.az xəbər verir ki, satışa biri 50 qrivnaya (təqribən 3 manat) olan biletlər çıxarılıb.

Həmin biletlər 25 - 30-cü sektorlar (qapı arxası) üçündü. Halbuki "Vorskla"nın noyabrın 29-da İngiltərə "Arsenal"ı ilə keçirəcəyi qrupdakı son ev oyununun biletləri 200 - 350 qrivnayadı.

Daha əvvəl Portuqaliya "Sportinq"i ilə görüşü endirimlə 100 qrivnaya izləmək mümkün olub. Oktyabrın 20-də Kiyev "Dinamo"su ilə nəzərdə tutulan Ukrayna çempionatı qarşılaşmasına isə bileti 20 - 60 qrivnaya almaq mümkündür.

Noyabrın 8-də Poltavada Aleksey Butovski adına stadionda keçiriləcək "Vorskla" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti