"Qarabağ"ı məyus etdi, başına çox pis iş gəldi - FOTO

17 Oktyabr 2018 09:12 Avropa Liqası 652
"Qarabağ"ı məyus etdi, başına çox pis iş gəldi - FOTO

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Arsenal”ın və Yunanıstan millisinin futbolçusu Sokratis Papastatopulos zədələnib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçisi yığmanın heyətində Finlandiyaya 0:2 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının IV tur matçında xəsarət alıb.

İlk hissənin sonlarında ayaq biləyi burxulan təcrübəli oyunçu matça davam edə bilməyib və 46-cı dəqiqədə əvəzlənib. Onun yaşıl meydanlardan uzaq qalacağı vaxta bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.

Avropa Liqasının E qrupunda yer alan "Arsenal" “Qarabağ”la II turda üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş "topçular"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmin matçda ilk qolu Sokratis Papastatopulos vurub. Bu komandalar arasında Londondakı qarşılaşma dekabrın 13-də oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM