Ukrayna klubu erməni futbolçusunu Bakıya gətirəcək?

15 Oktyabr 2018 18:48 Avropa Liqası 397
Ukrayna klubu erməni futbolçusunu Bakıya gətirəcək?

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Qarabağ" oktyabrın 25-də "Vorskla"nı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, Ukrayna klubunun erməni futbolçusu Qeqam Kadimyanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdı.

Ukrayna mətbuatına yer alan xəbərə görə, 25 yaşlı hücumçu Bakıda baş tutacaq görüşə gətirilməyəcək. Zədəsi olan futbolçunun Ağdam klubu ilə qarşılaşmaya yetişməyəcəyi qeyd edilib.

"Qarabağ"la oyun üçün "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryan da Bakıya gətirilməmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti