Bakıdan ağrı içində geri qayıdan Məsut Özildən son xəbər

13 Oktyabr 2018 11:00 Avropa Liqası 467
Bakıdan ağrı içində geri qayıdan Məsut Özildən son xəbər

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal"ın aparıcı futbolçularından hesab olunan Mesut Özil zədəsini sağaldıb.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"la keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından ağrılarla qayıdan 30 yaşlı yarımmüdafiəçi tam olaraq zədəsini bərpa edib.

London təmsilçisinin əsas qapıçısı Petr Çex də zədəsini sağaldaraq sıraya dönüb. Təcrübəli qolkiperin oktyabrın 22-si İngiltərə Premyer Liqasının IX turunda evdə "Lester Siti" ilə matçda işirak edə biləcəyi ehtimal olunur.

"Arsenal" Avropa Liqasının qrup mərhələsinin II turunda Bakı Olimpiya Stadionunda keçirilmiş matçda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti