"Qarabağ”la bağlı endirim

13 Oktyabr 2018 10:00 Avropa Liqası 520
"Qarabağ”la bağlı endirim

“Vorskla” Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti ev oyununda qarşılaşacağı “Qarabağ”la görüşün biletlərini satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, noyabrın 8-də Poltavada Aleksey Butovski adına şəhər stadionunda Bakı vaxtilə saat 23:00-da başlayacaq görüşə biletlərin qiyməti 300 qriven təşkil edir.

"Vorskla" rəsmi saytı vasitəsilə yaydığı məlumatda "Fan & Play" firma mağazasıyla birgə aksiya keçirdiyini açıqlayıb.

Belə ki, "Qarabağ"la ev matçlarına biletlərin əldə olunmasında yaxşı güzəşt almaq istəyənlər həmin mağazadan istənilən əşya ala bilərlər.

Bu zaman biletlərin məbləğinin 50 faizinin kassadan ayrılmadan geri qaytarılması nəzərə tutulub.

"Qarabağ"ın rəqibi stadionda ən yaxşı yerləri münasibi qiymətlər müqabilində bronlaşdırmaqla bağlı çağırış elan edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti