Çiynindən əməliyyat olundu: "Qarabağ"la oyunları buraxacaq

11 Oktyabr 2018 11:36 Avropa Liqası 566
Çiynindən əməliyyat olundu: "Qarabağ"la oyunları buraxacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Ukraynanın “Vorskla” klubu ciddi itkiylə üzləşib.

Sportinfo.az xəbər verir ki, poltavalıların yarımmüdafiəçisi Aleksandr Kobaxidze çiynindən aldığı zədəyə görə əməliyyat olunub.

Əsas heyət üzvünün əməliyyatı uğurlu başa çatıb. Onun yaşıl meydanlara dönüşü 2 aydan sonra baş tutacaq.

Kobaxidze “Vorskla”nın “Qarabağ”a qarşı keçirəcəyi hər iki görüşü buraxacaq.“Qarabağ” və “Vorskla” arasındakı ilk görüş oktyabrın 25-də Bakıda keçiriləcək. Poltavada baş tutacaq matç isə noyabrın 8-də reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM