Avroliqanın finalına görə Bakıdakı AÇ-nın vaxtı dəyişdirildi

9 Oktyabr 2018 18:48 Avropa Liqası 457
Avroliqanın finalına görə Bakıdakı AÇ-nın vaxtı dəyişdirildi

Bakıda 2019-cu ildə keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Bildirilir ki, dəyişikliyə səbəb 2019-cu il mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsidir.

Bədii gimnastika üzrə Avropa çempionatı öncədən nəzərdə tutulduğu kimi mayın 31-dən iyunun 2-dək deyil, mayın 16-19-da təşkil olunacaq.

Aerobika üzrə yarışlar isə mayın 24-26-da keçiriləcək. Daha əvvəl yarış mayın 23-25-nə təyin olunmuşdu.

2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu ilin avqustunda (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti