"Azərbaycan klubları son illərdə Bakıya "İnter"i, "Çelsi"ni, "Arsenal"ı, "Borussiya"nı gətirib" deyərək, çox da şey eləməyin.
Kimi gətirməli idilər Bakıya: Şakiranı, yoxsa Pamela Andersonu?
Dünyanın düzəni təkcə iqtisadiyyatda, siyasətdə dəyişməyib, futbolda da dəyişib.
Dünənə kimi adını ancaq bukmeker kontorları, qumarla əlaqəli bildiyiniz Lüksemburq klubları da bizim kimi avrokuboklarda qrup mərhələsində oynayır,
Qazaxıstan "Astana"sı isə Fransanın "Renn" klubuna dərs keçir. Bakıya "Arsenal" gəlib...
Gəlsin də, İsah Məsih dirilib, ilk səfərini Azərbaycanın paytaxtına etməyib ki…
Qurtulun bu ikincilik, üçüncülük, dördüncülük sindromundan.

