“Qarabağ”ın Avropa Liqasında qrupdan çıxmaq YOLLARI

9 Oktyabr 2018 00:20 Avropa Liqası 629
“Qarabağ”ın Avropa Liqasında qrupdan çıxmaq YOLLARI

Avropa Liqasının qrup mərhələsinə iki məğlubiyyətlə başlayan “Qarabağ” güclü qrupa düşsə də, 1/16 finala vəsiqə qazanmaq şansını hələ tam itirməyib.

Sportinfo.az xəbər verir ki, 2009/2010 mövsümündən start götürən Avropa Liqasında qrupdakı ilk iki oyunu uduzmasına baxmayaraq, daha sonra uğurlu çıxış edib pley-offa çıxmağı bacaranlar olub.

Təbii ki, bu komandalar qrupda ancaq II yeri tuta biliblər. 2010/2011 mövsümü, “Anderlext” (Belçika): iki məğlubiyyətdən sonra iki qələbə, bir heç-heçə və daha bir dəfə uduzmaqla yeddi xal toplayıb.

2011/2012 mövsümü, “Visla” (Polşa): ilk iki matçda uduzsa da, sonra üç qələbə və yenə bir məğlubiyyətlə doqquz xala sahib olub.

2013/2014 mövsümü, “Maribor” (Sloveniya): ilk iki qarşılaşmada uduzduqdan sonra iki qələbə, bir heç-heçə və daha bir məğlubiyyətlə yeddi xal toplayıb.

2015/2016 mövsümü, “Auqsburq” (Almaniya): ilk iki oyunda uduzduqdan sonra üç qələbə və daha bir məğlubiyyətlə doqquz xal yığıb.

2016/2017 mövsümü, “Astra” (Rumıniya): iki məğlubiyyətdən sonra iki qələbə və iki heç-heçə ilə səkkiz xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti