"Qarabağ" "Vorskla” və “Sportinq”lə matçların qiymətini müəyyən etdi

8 Oktyabr 2018 15:48 Avropa Liqası 526
"Qarabağ" "Vorskla” və “Sportinq”lə matçların qiymətini müəyyən etdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son iki ev oyununun biletləri artıq satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, oktyabrın 25-də Ukraynanın “Vorskla” (Poltava) klubuyla matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.

Noyabrın 29-da Portuqaliyanın “Sportinq” klubuyla matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) AZN arasında dəyişir.

Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və ya onlayn olaraq iticket.az saytından əldə edə bilərsiz:

Satış məntəqələri:

“Qarabağ” FK (Fan-Şop)
Gənclik Mall
28 Mall
ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt)
İticket satış məntəqələr

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!