Bakıda "Məsut abi, formanı mənə ver" deyən uşaq - FOTO

8 Oktyabr 2018 12:24 Avropa Liqası 596
Bakıda "Məsut abi, formanı mənə ver" deyən uşaq - FOTO

«Qarabağ» ötən həftə Avropa Liqasında ikinci matçına çıxdı.

Cari turnirə Portuqaliyada start verən Azərbaycan çempionu bu dəfə «Arsenal»ı qəbul etdi.

İngiltərə nəhəngi ilə görüşə maraq böyük idi – Bakı Olimpiya Stadionu tamamilə dolmuşdu. Səbəbin bir ucu öncədən aydın idi: London klubunun heyətindəki ulduzlar.

Sözsüz, onlardan ən çox maraq doğuran Məsut Özil oldu. İkinci hissənin gedişində meydana çıxan türk əsilli yarımmüdafiəçi tribunalar tərəfindən coşqu ilə qarşılandı.

Bir azərbaycanlı uşaq isə əlində «Məsut abi, formanı mənə ver» yazılmış balaca plankart tutmuşdu.

Almaniya millisinin eks üzvü qarşılaşma bitəndən sonra formasını hədiyyə etdi. Amma o uşağa yox. Özilin tribunaya fırlatdığı geyimi polis əməkdaşına qismət oldu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti