İki gün öncə Bakı Olimpiya stadionunda Londonun "Arsenal" komandasının oyunçularının diqqətini çəkən pişik satılır.
Sportinfo.az xəbər verir ki, bununla bağlı Gülövsər adlı Ağdam sakini elan yerləşdirib:
"Arsenal" futbolçularının əlləriylə verdiyi yeməyi yeyən pişik satılır. Futbol oynamağı bacarır. Pişik hazırda Ağdamdadı".
Sözügedən şəxs pişiyə 42,50 manat qiymət qoyub. Ppişiyin fotosu London təmsilçisinin sosial şəbəkədəki rəsmi hesablarında da paylaşılmışdı.

