"Sportinq"in baş məşqçisi "Vorskla"ya "Qarabağ"ı udmağı arzuladı

8 Oktyabr 2018 10:00 Avropa Liqası 611
"Sportinq"in baş məşqçisi "Vorskla"ya "Qarabağ"ı udmağı arzuladı

“Biz oyunun sonuna qədər qələbəyə inandıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Sportinq”in baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsinin II turunda “Vorskla”ya Ukraynada 2:1 hesabı ilə qalib gəldikləri oyun haqda deyib.

Portuqaliyalı mütəxəssis “Vorskla”ya doğma meydanda ”Qarabağ” və “Arsenal”ı məğlub etməyi arzu edib:

”Son dəqiqələrdə vurduğumuz qollarla 3 xalı qazandıq. Rəqibimiz çox yaxşı çıxış etdi. Onlara ”Qarabağ” və “Arsenal”la oyunlarda qələbə qazanmağı arzulayıram”.

"Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, təkrar qarşılaşma isə noyabrın 8-də Poltavada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM